Yarım ildə inflyasiya 3.5% olub

Mərkəzi Bankın məlumatına görə, iyulun 1-i üçün istehlak inflyasiyası 3.5% təşkil edib.
 
İlin I yarısında yağ və piy (11.8%), meyvə (10.5%), çörək-bulka məmulatı (9.5%), kofe, çay, kakao (9.4%), kənd təsərrüfatı məhsulları (8.7%) daha çox bahalanıb.
 
Bitkiçilik məhsulları 15.6%, balıq və balıq məhsulları 3.8%, heyvandarlıq məhsulları 1.5% ucuzlaşıb.
 
Hesabat müəllifləri hesab edir ki, tərəfdaş ölkələrdə inflyasiya, mövsüm amili və dünyada ərzağın qiymətinin dəyişməsi inflyasiyanın azalmasına təsir edib. /

Google+ WhatsApp ok.ru