Yasamalda ağaclar kökündən çıxarılır FOTO

Yasamal rayonunda yaşıllıq məhv edilir. Rayonunun Balababa Məcidov küçəsindəki yaşlı ağaclar kökündən çıxarılıb. Bu barədə azadliq.info-ya sakinlər adından şikayət göndərilib.
 
Sakinlər bildirirlər ki, ağacları ərazidə yol təmiri adı altında məhv edirlər. Yolun kənarındakı 15-ə yaxın ağac kökündən çıxarılıb. Fəhlələr əvvəl ağacların budaqlarını kəsirmişlər. Sonra nə baş veribsə, ağacları kökündən çıxarmağa başlayıblar.
 
 

Google+ WhatsApp ok.ru