Yasamalda bank yaxınlığında partlayış

Aprelin 24-də səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında -  “Xalq bank”ın baş ofisinin yaxınlığında partlayış olub.
 
Maide.Az bildirir ki, Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə bildiriblər ki, partlayış avtomobil qarajlarından birində baş verib. Xəsarət alan yoxdur. Ancaq yaxınlıqdakı digər qarajlara və ərazidəki bəzi avtomobillərə ciddi ziyan dəyib.
 
Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir.
 
Hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb. Hadisə yerindəaraşdırma aparılır.
Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.

Google+ WhatsApp ok.ru