Yasamalda iki avtomobil toqquşub, xəsarət alan var

Yasamalda iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, avtoqəza N.Nərimanov prospektində, keçmiş Sovetskidə qeydə alınıb.
 
Belə ki, Rəhman Hüseynov idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olan zaman Əsgər Zeynalovun idarə etdiyi "Range Rover" markalı minik maşını yüksək sürətlə onun avtomobilinə çırpılıb. Nəticədə ikincidə olan sərnişin xəsarət alıb.
 
Yol qəzasının təfərrüatlarını Yasamal polisi araşdırır.
 
 
 
 

Google+ WhatsApp ok.ru