Yasamal və Səbail rayonunda su olmayacaq

Yasamal və Səbail rayonunda su olmayacaq

Bu gün Bakının bir neçə rayonunda, o cümlədən Yasamal və Səbail rayonlarında suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Maide.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, məhdudiyyət magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədardır.
 
"Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (“Qara şəhər” və “Ağ şəhər” adlanan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) 10 noyabr 2018-ci il tarixində, gün ərzində içməli suyun verilişində fasilələr olacaq" – deyə o qeyd edib.
 
 

Google+ WhatsApp ok.ru