yatmazdan öncə televizora baxmaq məsləhət deyil 05 Dekabr 2014 02:00 Sağlamlıq Britaniya Hipokratiya Assosiasiyasının araşdırmalarının nəticəsinə görə, ölkə əhalisinin tam yarısı yatmazdan öncə qacetlərdən istifadə edir. Beşdə üç hissəsi yataqda uzanaraq televizora baxır. Onların 10-da 8 hissəsi isə yuxudan əvvəl 4 saatlarını ekran qarşısında keçirirlər. Bir neçə saatın belə keçirilməsi onurğa sütunu üçün zərərlidir. Orqanizmə ciddi ziyan vura bilər. Bu cür məşğuliyyət beldə və boyunda ağrılara səbəb ola bilir. Bundan başqa, belə vərdişə sahib olan insanların 48 %-də yuxu problemləri var. Digər bir qism insan isə yuxuya getmək üçün notbukdan və mobil telefondan istifadə edir. Bununla isə vəziyyəti daha da pisləşdirirlər. Ekspertlər yaxşı yuxuya getmək üçün qacetlərdən istifadə etməyi tövsiyə etmirlər. Əgər insan bu vərdişindən əl çəkmək niyyətində deyilsə, yastığını elə qurmalıdır ki, ekran gözü ilə eyni səviyyədə olsun. Teqlər : #yatmazdan öncə televizora baxmaq məsləhət deyil, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Tibb Universitetinin ilk klinikası – Stomatoloji Klinika Bakıda yeni ölü dirildənlər
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir