Yatmağa yaxın saatlarda yemək yemək xərçəng riskini artırır

Yatmağa yaxın saatlarda yemək yemək xərçəng riskini artırır

İspan alimlərinin araştırmalarına görə, yeməklərini əsasən 21.00-dan sonra, və yaxud yatağa girməyə iki saatdan az bir vaxt qalmış yeyən insanlarda, süd vəzi və ya prostat xərçəngi riski 25 faiz artır.
 
Maide.Az  "acilnews" a istinadən xəbər verir ki, araştırma gecə yarısı atışdırmalarının da oxşar təsirə malik olduğunu göstərir.
 
Barselona Qlobal Səhiyyə İnstitutu İSGGlobal bildirir ki, axsamlar metobolizmanın tədricən yavaşlaması lazım olduğu halda, yeyilən yemək onu daha da sürətlənməyə məcbur edir. Bu da sözügedən xəstəliyin yaranmasına səbəb ola bilər.
 
Beynəlxalq Xərçəng Jurnalında yayımlanan açıqlamada, xərçəng xəstəsi olmayan 2 min insan ilə süd vəzi və ya prostat xərçənginə yaxalanan 1800 xəstənin yemək yemə və yuxu vaxtları ilə sağlam qalmaq üçün atdıqları addımlar araşdırıldı. Xərçəng xəstələrinin çoxunun, gecə qalxıb  nəsə  yeyən insanlar olması da müəyyən olundu.

Google+ WhatsApp ok.ru