Yaxın 2 gündə küləkli və yağmurlu hava müşahidə ediləcək

Yaxın 2 gündə Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az- verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 20-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. 

Google+ WhatsApp ok.ru