Yaxın dostların beyinləri bir dalğaya köklənmiş olur

Yaxın dostların beyinləri bir dalğaya köklənmiş olur

-- Bu o qədər aşkar görünür ki...

"The Mail" yazır ki, yaxşı dostların eyni dalğaya kökləndiyinə dair köhnə bir inam mövcuddur, lakin indi alimlər bu inamın elmi həqiqət olduğunu isbat ediblər.
 
Maqnit rezonans tomoqrafiyasının nəticələrinə görə yaxşı dostlar videokliplərə, komediyaya baxarkən və ya musiqi dinləyərkən onların beyinləri eyni dalğaya köklənir.
 
Bu o qədər aşkar görünür ki, hətta dalğaların gücündən asılı olaraq sözü gedən dostların nə dərəcədə yaxın olduqlarını müəyyən etmək olur. Bunun üçün onların neyron fəallığının sinxronluğunu ölçmək kifayətdir.
 
Maraqlıdır ki, neyron alqoritmləri ən çox yaxşı dostlarda eyniyyət təşkil edib. Bu yaxınlıq dostluğun məsafəsi uzaqlaşdıqca fərqlənməyə başlayır. Yəni yaxın dostların beyin dalğası uyğunluğu onların dostlarının dostları arasında olduğundan daha güclü şəkildə büruzə verir.
 
Tədqiqatın aparıcı alimlərindən Carolyn Parkinson deyib ki, bu təcrübə yaxın dostların ətraf aləmi müstəsna olaraq bənzər şəkildə qəbul etdiklərini göstərib.
 
Bu tədqiqat zamanı aparılan təcrübədə 280 tələbə könüllü iştirak edib.
 
Araşdırmanın başqa bir müəllifi professor Thalia Wheatley deyib ki, "insanlar sosial canlıdırlar və bu mənada onlar bir-birlərinə bağlıdırlar".
 
"Əgər biz insan beyninin necə işlədiyini öyrənmək isrtəyiriksə, onda beyinlərin birlikdə necə işlədiyini tədqiq etməliyik. Bizim beyinlərimiz bir-birini formalaşdırır" -alim deyib.(bbc)
 

Google+ WhatsApp ok.ru