Yaxşı təklif edilsə, ‘Patriot’ sistemlərini alarıq - Çavuşoğlu

Yaxşı təklif edilsə, ‘Patriot’ sistemlərini alarıq - Çavuşoğlu

Türkiyəyə yaxşı bir təklif edilsə, “Patriot” sistemlərini almağa hazırdır.
 
Maide.Az "Axar.az"a istinadla xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Atlantik Şurasının Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə təşkil etdiyi videokonfransda deyib.
 
XİN rəhbəri bildirib ki, ABŞ-ın 10 il ərzində silah ehtiyaclarımızın qarşılanmasına biganə yanaşması Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleks sistemlərinin alması ilə nəticələndi:
 
“Gələcəkdə daha çox hava müdafiə sistemlərinə ehtiyacımız olacaq. Əgər müttəfiqlərimiz bizə zenit-raket kompleks sistemləri satarsa, onlardan alarıq. Söhbət təkcə ABŞ istehsalı “Patriot” sistemlərindən getmir. Digər sistemləri də dəyərləndirə bilərik. Misal SAMP-T sistemləri. Olmasa alternativ variantlar axtarmağa məcburuq”.
 
M.Çavuşoğlu qeyd edib ki, S-400 sistemləri ilə bağlı problemin həllinə münasibətimiz dəyişməyib:
 
“ABŞ-a NATO-nun daxil olduğu texniki işçi qrupu yaratmağı təklif edirik. NATO bu texniki işçi qrupuna rəhbərlik edə bilər və bu təklif hələ də masadadır”.
 

Google+ WhatsApp ok.ru