Yaxşı xurmanı necə seçmək olar. Məsləhətlər

Yaxşı xurmanı necə seçmək olar. Məsləhətlər

Xurma Ramazan ayının ən populyar təamıdır. Dükanlarda çoxlu sayda müxtəlif xurma növləri satılır. Sizə yaxşı xurmanın seçmək qaydalarını təqdim edirik:

 

1. Yaxşı yetişmiş xurma tünd qəhvəyi rəngdə olur. Xurmanın rəngi açıqdırsa, bu o deməkdir ki, xurma yaxşı yetişməyib. Belə xurmanı almayın.

2. Xurmanın üzərində ləkələr olmamalıdır.

3. Xurma bərk olmamalıdır, lakin çox yumşaq da olmamalıdır.

4. Yaxşı xurmanın rəngi parlaq deyil, mat olmalıdır.

5. Xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu o deməkdir ki, xurma sobalarda qurudulub. Belə xurmanı almayın.

6. Xurma yapışqan, yağlı olmamalıdır. Meyvələr bir birinə yapışıbsa, bu yaxşı xurma sayılmır.

7. Çəyirdəkli xurma daha yaxşı sayılır.

8. Yedikdən əvvəl xurmanı mütləq yumaq lazımdır.

9. Xurmanı soyuducuda saxlayın. /

 

 

Google+ WhatsApp ok.ru