Yaxşı qarpızı necə seçməli?

Yaxşı qarpızı necə seçməli?

Təcrübəli əkinçilər yaxşı qarpızı necə seçə biləcəyimizi başa salıb.
 
Qarpızın üzərindəki ləkələrin qarpızın yetişməsindən xəbər verdiyini deyən əkinçilər, yaxşı qarpız almağın mühüm əlamətlərini belə izah edib:
 
- Qarpızın üzərindəki ləkələr, qarpızın torpağa dəydiyi yerlərdir. Qarpız üzərində sarı və açıq ləkəli qarpızlara üstünlük verin.
 
- Qarpızdakı hörümçək toruna bənzər yerlər, arıların qarpız çiçəklərini mayalandıranda toxunduğu yerlərə işarə edir. Ləkənin çox olduğu qarpızlar, daha şirindir.
 
- Qarpız saplağının quru olması da qarpızın yetişmiş olduğunun göstəricilərindən biridir. Sapı sarı olan qarpızlar, yeni qoparılmış deməkdir.
 
- Qarpız seçəndə ən böyük və ya ən kiçik olanlarını yox, orta ölçülü olanlara üstünlük verin.
 
- Uzun qarpızların sulu, girdə qarpızların şirin olduğunu da unutmayın. (deyerler) /
 

Google+ WhatsApp ok.ru