Yayın şirin bəlası: arı sancması zamanı bunları edin - TƏBİİ ÜSULLAR

Yayın şirin bəlası: arı sancması zamanı bunları edin - TƏBİİ ÜSULLAR

 
Yayda istirahət edənlərin ortaq probleminə çevrilən arı sancması zamanı nə etməli olduğunuzu bilirsinizmi? Bilmirsinizsə, bu haqda olan yazını oxuyun. Arı sancarkən etməli olduğunuz üsulları təqdim edirik.
 
Ancaq arı sancmasına qarşı faydalı olan təbii üsullar haqda məlumat verməzdən əvvəl xəbərdarlıq etməkdə fayda var. Əgər sizi daha əvvəl arı sancmayıbsa, arı sancmasına qarşı allergiyanız varsa, çox vaxt itirmədən mütləq həkimə getməlisiniz. Arı sancmasına qarşı allergiyası olanlar üçün bu, həyati təhlükə daşıyır.
 
Qətiyyən əlinizlə oynamayın: Arı sancdıqdan sonra təşvişə düşüb həmin hissəyə toxunmağa başlayırıq. Amma bunu etmək qətiyyən olmaz. Arının sancdığı bölgəni sıxmanız arının axıtdığı zəhərin daha çox yayılmasına səbəb olur və belə halda daha çox ağrı hiss edərsiniz.
 
Aloe vera: Arı sancan bölgəyə aloe vera bitkisinin içərisində olan mayeni sürtsəniz, mikrobları öldürməyə yardımçı olacaq.
 
Lavanda yağı: Arı zəhərinin təsirinin ötüşməsində olduqca effektli üsuldur.
 
Soğan: Soğanı ikiyə bölüb sulu qismini arının sancdığı bölgəyə sürtün.
 
Soda və su qarışımı: Əldə edəcəyiniz qarışımı sancılan yerə sürtün. Həm ağrı azalacaq, həm də mikroblar öləcək.  
 
Bal: Necə deyərlər “düşməni öz silahı ilə məhv edin”.  Antioksidan tərkibi ilə hər cür dərdə dərman olan balı arının sancdığı yerə sürtsəniz, mikroblar təmizlənər. /

Google+ WhatsApp ok.ru