Yaşınıza görə ideal yuxu saatı

Yaşınıza görə ideal yuxu saatı

Sağlam yuxu bizim həyatımızın ən önəmli məsələlərindən biridir.
 
Maide.Az deyerler.org-a istinadən bildirir ki, hər yaş qupunda olan insanlar üçün yuxu müddəti dəyişir. İndi isə, gəlin yaşınıza görə ideal yuxu saatınızı öyrənək:
 
- 3 aya qədər yenicə dünyaya gələn bir körpənin hər gün 14 ilə 17 saat yatması lazımdır, amma bu rəqəmlər 12 ilə 18 saat arasında dəyişə bilər.
- 4 aydan 11 aya qədər olan uşaqların 12 ilə 15 saat arası yatması lazımdır.
- 1 və 2 yaş arasında yeriməyə təzə başlayan uşaqların 11-14 saat yatmaları tövsiyə edilir.
- 3 ilə 5 yaş qrupuna aid və məktəbə hələ başlamayan uşaqlar üçün gündə 10-13 saat yuxu sağlam şərtin olması kimi qəbul edilir.
- Məktəb dövrünə daxil olan 6-13 yaş arasındakı uşaqlar üçün 9 ilə 11 saat arası yuxu tövsiyə edilir.
- 14 -17 yaş qrupuna aid olanlar üçün tövsiyə edilən yuxu müddəti isə 8 ilə 10 saat arasıdır.
- Yeniyetməlik dövrünün başa çatıb, yetkinlik dövrünün başladığı 18 yaşından 64 yaş arasında olan insanlar üçün 7-9 saat ideal yuxu vaxtıdır.
- 65 yaşını keçənlərə isə 7 ilə 8 saat yatmaq lazımdır.

Google+ WhatsApp ok.ru