Yeddi Azərbaycan vətəndaşı Türkiyənin köməyi ilə Yəməndən çıxarılıb

Yəmənin paytaxtı Sana şəhərindəki bütün azərbaycanlılar oradan çıxarılıb.
 
Bu barədə APA-ya Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.
 
Konsul bildirib ki, sonuncu azərbaycanlıların Yəməndən çıxarılmasına Türkiyə dövləti kömək edib: “Dünən 7 nəfər azərbaycanlı Sana aeroportundan Türkiyə tərəfinin vasitəsilə təxliyyə olunub. Onlar təyyarə ilə birbaşa İstanbul şəhərinə uçublar. Hazırda Sana aeroportunda təxliyyə olunmağı gözləyən azərbaycanlı yoxdur”.
 
Xatırladaq ki, aprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən çıxarılıb.

Google+ WhatsApp ok.ru