Yeganə müxalifət partiyası parlament seçkilərində iştirakdan imtina edib

Maide.az xəbər verir ki, bu gün Müsavat Partiyasının İdarə Heyəti parlament seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. Bu barədə partiya sədri Arif Hacılı İdarə Heyətinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
 
Xatırladaq ki, seçkilərdə Müsavat Partiyasından 25 namizəd iştirak edirdi.
 
Bundan öncə partiya hakimiyyətə təklif etmişdi ki, seçkilər 4 ay sonraya təyin edilsin və bu vaxta qədər siyasi məhbuslar azadlığa buraxılsın, seçkilərin keçirilməsi üçün demokratik şərait yaradılsln, bütün siyasi qüvvələr və namizədlər üçün bərabər imkanlar yaradılsın. Lakin bu istiqamətdə heç bir iş görülməyib.

Google+ WhatsApp ok.ru