Yekaterinburq-Tbilisi aviareysinin sərnişini öldü

Yekaterinburq-Tbilisi aviareysinin sərnişini öldü

"Ural Hava Yolları" şirkətinə məxsus təyyarənin həyata keçirdiyi Yekaterinburq-Tbilisi reysi zamanı sərnişin hava gəmisində dünyasını dəyişib.
 
Bu barədə Trend aviaşirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
 
Məlumata əsasən, sərnişin təyyarə enərkən özünü pis hiss etdiyini, nəfəsi çatmadığını və nəbzinin normal vurmadığını bildirib.
 
Lakin təyyarə Tbilisidə eniş etdikdən sonra artıq gec olub və tibb işçiləri sərnişinin ölməsi faktını təsdiqləyiblər.
 

Google+ WhatsApp ok.ru