Yeməkdən əvvəl və sonra əlləri yumaq xəstəlikdən şəfaya, ruzidə bərəkətə səbəb olar...

Meyvələrin zərərinə qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Kim Allahın adı ilə meyvə yeməyə başlasa meyvə ona zərər yetirməz... Həzrət (s) buyurur: Kim bir növ meyvə yesə bu meyvədən ona zərər dəyməz. 

Əti yuyun!
Həzrət Peyğəmbər (s) buyurur: Qardaşım İsa (s) bir şəhərdən ötüb keçirdi. Gördü ki, şəhər əhalisinin çöhrəsi sarı, göz hədəqəsi göydür. Onlar İsaya (s) xəstəliklərindən şikayətləndilər. Həzrət İsa (s) buyurdu: Dərmanınız öz əlinizdədir. Əti yumamış bişirib yeyirsiniz. Hansı ki, cənabəti olmayan bir şey yoxdur... Şəhər əhalisi həmin vaxtdan əti yumağa başladı. Bununla da xəstəliklər aradan qalxdı.

Duzu yaddan çıxarma...
Həzrət Peyğəmbər (s) buyurur: Yeməyə duzla başlayıb, onu duzla başa çatdırsan cüzam və ala da daxil olmaqla 72 xəstəlikdən amanda qalarsan. 

Allahın adı ilə başla!
Həzrət Peyğəmbər (s) buyurur: Allahın adını çəkmədən nə yesən xəstəliyə səbəb olar, bərəkəti olmaz.

Əllərinizi yuyun...
Həzrət Peyğəmbər (s) buyurur: Əlindən ət qoxusu gələn halda yatan özünü məzəmmət etsin... Yemək yeyəndən sonra yağlı əllərinizi yuyun...
Yağlı əllə yatıb xəstələnən şəxs özü müqəssirdir. 

Evin bərəkətini artırmaq üçün...
Həzrət Peyğəmbər (s) buyurur: Yeməkdən əvvəl və sonra əlləri yumaq xəstəlikdən şəfaya, ruzidə bərəkətə səbəb olar... Kim evinin xeyir- bərəkətinin artmasını istəyirsə yemək yeməzdən öncə dəstəmaz alsın. Kim yeməkdən qabaq və sonra dəstəmaz alsa ruzusi artar, həyatında asayiş yaranar, bədəni bəlalardan amanda qalar... Yeməkdən qabaq və sonra əlləri yumaq yoxsulluq və qəm-qüssəni aradan qaldırar, gözləri qoruyar. 

Acqarına su?
Həzrət Peyğəmbər (s) buyurur: Kim ac qarına su içsə gücü azalar.

Sınıq qab...
Həzrət Peyğəmbər (s) buyurur: Peyğəmbər (s) möminə iki qadağa qoyur: Qabın ağzının sınıq tərəfindən su içmək, içilən qabı üfürmək.

Qabın tutacağı...
Həzrət Peyğəmbər (s) buyurur: Qabın dəstəyi çirkab yığışan yerdir, həmin tərəfdən içməyin.

Yağlı yeməkdən sonra...
Yağlı xörəkdən sonra su içmək xəstəliyə səbəb olar... Yağlı xörək yeyib üstündən su içən adamın qarnında fəsad yaranar.

Yağlı ətdən sonra...
Əmirəlmöminin (ə) buyurur: Peyğəmbər ət yeyəndə su içməyə tələsməzdi... Bir şəxs Peyğəmbərdən (s) nə üçün ət yeyəndən sonra az su içdiyini soruşur. Həzrət (s) buyurur: Kim yağlı əti yeyib qurtarana qədər su içməsə təam ona ləzzətli olar.

Suyu başa çəkmək...
Həzrət Peyğəmbər (s) buyurur: Suyu aram için, birdəfəyə başınıza çəkməyin. Bu ciyərlərə zərərdir. 

Suyu üfürmək...
Peyğəmbər (s) bir şey içəndə onu üfürməzdi. Nəfəs almaq istəyəndə qabı ağzından uzaqlaşdırardı.

Ac qalmaq zərərdir?
Həzrət Peyğəmbər (s) buyurur: Allah yanında o insanın məqamı üstündür ki, hamıdan çox aclıq cəksin, hamıdan çox düşünsün. Çox yeyib içən adam Allahın nəzərində mənfurdur... Həzrət (s) buyurdu ki, behişt qapısını ardıcıl döyün ki, qapı açılsın. Soruşduıar ki, necə? Həzrət (s) buyurdu ki, aclıq və susuzluqla! Həzrət (s) buyurur ki, oruc tutsanız sağlam olarsınız.

Aclığın dəyəri...
Əmirəlmöminin (ə) buyurur: Merac gecəsi Həzrət Peyğəmbər (s) Allaha müraciət etdi: Pərvərdigara! Məni sənə yaxınlaşdıran işlərə sövq et... Allah buyurdu: Gecəni gündüz, gündüzü gecə qərar ver. Həzrət (s) bunu necə etməli olduğunu soruşdu. Allah buyurdu: Namazı, yuxunu və aclığı özünə ruzi et. Ey Əhməd! And olsun izzət və cəlalıma ki, kim dörd iş görsə onu behiştə apararam: Dilini saxlasa və yalnız özünə aid işlər barədə danışsa, qəlbində vəsvəsəyə yol verməsə, hər zaman onu gördüyümü yadda saxlasa, aclıq gözünün nuru olsa. Ey Əhməd! Ey kaş aclığın ləzzətini, sükutun dadını biləydilər, aclıqdan irs aparaydılar! Peyğəmbər (s) soruşur ki, aclığın irsi nədir? Allah-Talla buyurur: Hikmət, qəlbi qorumaq, Allaha yaxınlıq, həmişə qəm, xalqa güvənməmək, haqqı demək, rifah ya çətinlikdə yaşamağa fərq qoymamaq. Ey Əhməd! Bilirsənmi bəndə mənə nə zaman yaxın olur? Ac ya səcdədə olanda!

Nə qədər az yesən...
Həzrət Peyğəmbər (s) buyurur: Kim yeməyindən azaltsa batini işıqlanar... Şeytanın əlindən qurtulmaq istəyən az ət və yağ yeməklə bədənini əritməlidir. Az yemək mələklərin hüzuruna, Allahın razılığını düşünməyə səbəb olur... Başqa məqamda buyurur: Az yemək, az içmək, nəfs istəkləri ilə mübarizə aparmaq şeytanı uzaqlaşdırar, insanı mələklərin himayəsində qərar verər... Evdəkilər az yesələr evin nuru artar... Dərmanların şahı az yeməkdir.

Çox yesən...
Həzrət Peyğəmbər (s) buyurur: İnsanın doldurduğu qablar arasında ən pis qab qarındır. İnsan bir neçə tikə ilə düz dayana bilər. Əgər nəfs istəyinə qalib gəlib yeməyə, içməyə və nəfəs almağa üçdəbir yer saxlasa xeyir görər... Həzrət (s) buyurur: Ümmətimin ən pisi o kəslərdir ki, rifah içində doğulublar, çeşidli xorəklər yeyiblər, çeşidli libaslar geyiblər, çeşidli miniklərə süvar olublar, həm də çox danışırlar... Buyurur: Qorxaq ürək, doymayan qarın, dəli şəhvət, dinin düşməni olan pis dostlardır... Başqa bir məqamda buyurur: Çox yemək və çox içməklə qəlbinizi öldürməyin. Qəlb əkin yeri kimidir, çox suvarılsa məhv olar... Buyurur: Çox yemək qəlbi öldürər, ibadətdə süstlük yaradar, öyüd-nəsihət eşitməyə mane olar... Kim çox yemək və çox içməyə adət etsə qəlbi daşlaşar. Həzrət (s) buyurur: Bir gün Cəbrail gözlənilmədən nazil oldu. Dedim ki, əvvəllər gəlmədiyin vaxt gəlmisən, məni qorxutdun. Cəbrail dedi: Ey Məhəmməd (s)! Allah səni bağışlayıb, nə üçün qorxursan?! Allah səni nə üçün seçib? Allah sənə bütlərə pərəstişi, şərab içməyi, pis danışmağı, insanlarla didişməyi, qadağan edib. Allah buyurur ki, Mənim üçün qarınqululuqdan xoşagəlməyən sifət yoxdur...
Salman Farsini qonaq çağırdılar. Bir qədər yeyib dayandı və dedi: Bəs edər. Peyğəmbər (s) buyurub ki, dünyanın ən tox adamı axirətin ən ac adamıdır. Dünya möminə zindan, kafirə behiştdir.

Xəstəyə diqqət...
Bir gün Peyğəmbər (s) bir xəstəni yoxlamaqa getmişdi. Soruşdu ki, ürəyin nə istəyir? Xəstə dedi ki, buğda çörəyi istəyirəm. Peyğəmbər (s) buyurdu ki, kimdə buğda çörəyi varsa ona versin. Sonra tövsiyə etdi ki, xəstəniz bir şey istəyəndə ona verin.

Sədəqə yaddan çıxmasın!
Həzrət Peyğəmbər (s) buyurur: Sədəqə bütün xəstəliklərin dərmanıdır. Xəstələrinizi sədəqə ilə sağaldın. Sədəqə xəstəlik və bəlaları üzaqlaşdırar.

Kəklikotu...
Həzrət Peyğəmbər (s) buyurur: Kəklikotu mədəni gücləndirir, bəlğəmi aradan qaldırır... Həzrət (s) buyurur ki, kəklikotu ləqvə deyilən xəstəliyin qarşısnı alınır. Ləqvə elə bir qəstəlikdir ki, insanın gicgahını boynuna tərəf əyir.

Əzxər otu...
Əzxər ətirli bir otdur, çubuqlarından bəzi şeylər də toxuyurlar. Meyvəsi olan əzxər də var. Rəngi qaradır, buğda kimi sümbülü olur. Həzrət Peyğəmbər (s) buyurur: Məkkədə heç bir ot-ələfi qırmaq olmaz. Əzxər istisnadır, çünki bu ot insanlara, onların evlərinə lazımdır.
Bitkişünaslar deyir ki, əzxər sidik gətirir, böyrək daşını əridir, mədə və qara ciyərdə yaraları yumşaldır. Ona ərəb ətiri də deyirlər. Hindlilər onu yeyir. Əzxərdən alınan yağ revmatizm xəstəliyinə xeyirlidir.

Esfəndin (üzərlik otu) möcüzəsi...
Zeyd ibn Əli ata babalarından nəql edir ki, Peyğəmbər (s) buyurur: Əgər əmr almış mələk onu bir yerə çatdırmasa, esfənd, onun budağı, yarpağı cücərməz. Onun yarpaq və dənlərində şəfa var, 70 xəstəliyə dərmandır. Onu kundurla birlikdə istifadə edin... Həzrət (s) buyurur: Kim qırx gün bir misqal esfəndi su ilə qəbul etsə qəlbində hikmət yaranar, 70 xəstəlikdən qurtular. Bu xəstəliyin kiçiyi cüzamdır. 

Nar yeyin!
Həzrət Peyğəmbər (s) buyurur: Elə bir nar yoxdur ki, ondan behişdən bir dən olmasın. Mən onun bir dənəsini belə kənara qoymamaqda israrlıyam. Davud ibn Süleyman İmam Rizadan (ə) o da Peyğəmbərdən (s) nəql edir: Nar yeyin, onun hər giləsi mədəyə daxil olanda qəlb işıqlanır, şeytanı qırx gün bədəndən qovur... Həzrət Peyğəmbər (s) buyurur: Nar yeyənin qəlbi işıqlanar, vəsvəsə qırx gün ondan uzaq olar... İmam Sadiq (ə) ac qarına nar yeməyi tövsiyə edir. 

Gözəl hədiyyə...
Əbuzər deyir ki, Həzrət Peyğəmbərə (s) əncir hədiyyə gətirmişdilər. Həzrət səhabələrinə əncir təklif edib buyurdu: Behiştdən bir meyvə gəldiyini deməli olsam deyərəm ki, bu meyvə əncirdir. Çünki tumu yoxdur. Əncir babasili sağaldır, başqa xəstəliklərə xeyirlidir... Həzrət (s) buyurur: Təzə və qurudulmuş əncir yeyin. O cinsi qabiliyyəti artırır, babasili sağaldır, soyuqluğa qarşıdır./

Google+ WhatsApp ok.ru