Yem baha, ət də kəskin bahalana bilər

Yem baha, ət də kəskin bahalana bilər

"Exo" qəzetində diqqəti "Ekspertlərdən xəbərdarlıq: Azərbaycanı ətin sıçrayışlı bahalaşması gözləyir"  sərlövhəli məqalə cəlb edir.
 
Müəllif ətin qiymətinin kəskin bahalaşacağı səbəblərini ekspertlərlə araşdırır.
 
Ekspertlər deyirlər ki, Azərbaycan daha çox ət istehlak edən ölkələrdən biridir: "Amma son illər bu qida məhsulu bahalanır və əhalinin gəlirlərinin azalması ilə bundan hamı istifadə edə bilmir, amma ölkədə ət daha da bahalaşa bilər və buna səbəb pambıqdır. Belə ki, hökumət "ağ qızıl"ın inkişafı istiqamətini götürüb, bu, bir tərəfdən yaxşısa da, digər tərəfdən, ətin qiymətinin bahalaşmasına səbəb ola bilər".
 
Bu sahədə durumu qəzetə ekspertlər belə şərh edirlər.
 
Ekspertlər vurğulayırlar ki, mal-qaranın yemləndiyi örüş yerləri texniki bitkilərin əkin yerinə dönüb, bəzi regionlarda heyvanların yemlənməsinə örüş qalmayıb, bu fonda yem bahalaşıb. "Təbii ki, bu hallar yaxın zamanlarda ölkədə ətin ən azı 15% bahalanmasına səbəb olacaq. Nəzərə alsaq ki, Azərbaycanda yeni ilə yaxın qiymətlər həmişə bahalanır, odur ki, bahalanma daha ciddi ola bilər".
 
Ekspertlərə görə, bahalanma təkcə ət və ət məhsulları ilə bitmir, həmçinin bütün süd və süd məhsullarının da bahalaşması gözlənilir: "Belə ki, iribyunuzlu heyvan üçün dərzin biri üç dəfədən çox bahalanaraq 1manat 20 qəpikdən 4 manata qalxıb, odur ki, bu amil həm ət, həm də süd və süd məhsullarını ən azı 20% bahalandıracaq."
 
Ekspertlər bu bahalanmaya səbəb kimi fermerlərə texniki bitkilərin əkilməsinin "sırıdılması"nı göstərirlər, hətta Sabirabad rayonunda bəzi fermerlərin buna müqavimət göstərmək istədiklərini, amma situasiyanı dəyişdirə bilmədiklərini vurğulayılrar : "Mahiyyət etibarilə dövlət fermerlərə pambıq əkilməsini sadəcə "sırıyıb", bu ərazilərdə suvarma sistemi yoxdur, odur ki, bir tərəfdən, bu ərazilər həm örüş yeri kimi artıq yararsızdır, digər tərəfdən, məhsul olaraq pambıq özü sual altındadır. Odur ki, ən yaxın vaxtda ətin bahalanması gözlənilir, ilkin mərhələdə bu bahalanma 5% olacaq, sonra üçün hətta proqnoz vermək belə dəhşətlidir. Pambıq əkini artdıqca ət azalacaq və "qızıl qiyməti"nə qalxacaq" .
 
Ekspertlər deyirlər ki, hazırda fermerlər hökumətə ölkəyə gətirilən quş yeminin əlavə dəyər vergisindən azad edilməsi, əks halda quş ətinin qyimətinin bahalanacağı ilə bağlı müraciət hazırlayırlar.
 
Ekspertlər hələ indi Azərbaycanda ətin Rusiya və Gürcüstanla müqayisədə 15-20% baha olduğunu, belə davam edərsə indiki inflyasiya fonunda qiymətin 20 manata yüksələcəyini və bu qiymətin uzaqda olmadığını bildirirlər. (contact)
 

Google+ WhatsApp ok.ru