Yemişin sağlamlığa olan 7 mühüm faydası 12 İyul 2017 01:00 Sağlamlıq Yemiş desert tərəvəz sayılır. Yemişin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var. Maide.İnfo saglamolun.az-a istinadən xəbər verir ki, yemişin tərkibində A, B qrupu, E, PP vitaminləri, bir çox minerallar (kalium, kalsium, maqnezium, sink, mis, dəmir, ftor, fosfor və s.), qidalı liflər var. Belə zəngin tərkibin sayəsində yemiş bir çox orqan və sistemlər üçün faydalıdır. 1. Kalium və maqneziumla zəngin olan yemiş ürək-damar sistemi üçün olduqca faydalıdır, ürəyə olan gərginliyi azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir. 2. Yemiş qan üçün çox faydalıdır. Onun tərkibində qanın keyfiyyətini yaxşılaşdıran dəmir, mis, fol turşusu var. 3. Yemiş antisstress təsirə malikdir - əhval-ruhiyyəni yaxşılaşdırır, stressi azaldır, yuxusuzluğu aradan qaldırır. 4. Qidalı liflərlə zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaq xərçənginin riskini azaldır, qanda xolesterolun səviyyəsini aşağı salır. 5. Yemiş böyrəklər və sidik kisəsi üçün faydalıdır. 6. Yemiş qaraciyəri təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. 7. Yemiş təbii afrodiziak (cinsi həvəsi artıran maddə) sayılır. Yemiş və xüsusilə onun toxumları qədim zamanlardan potensiyanı (kişi gücü) artıran təbii vasitə kimi tanınır. / Teqlər : #Yemişin sağlamlığa olan 7 mühüm faydası, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yuxuya gedərkən anidən gələn yıxılma hissinə SƏBƏB Piylənmənin əsas səbəblərindən biri… EVDƏ YIĞILAN TOZ imiş
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir