Yemək sonrası edilən “doğru” səhvlər

Yemək sonrası edilən “doğru” səhvlər

-- Bu səhvlər hətta ölümə səbəb ola bilir

Yeməkdən sonra bəzilərimiz gəzir, bəzilərimiz yatır, bəzilərimiz isə çay içirik 
 
Amma yeməkdən sonra etdiyimiz doğru bildiyimiz səhvlər hətta ölümə səbəb ola bilir.
 
Mütəxəssislər yeməkdən sonra rutin olaraq bəzi hərəkətlərin sağlamlığa ciddi ziyan verdiyini vurğulayırlar. Sağlamlığınıza ziyan verməmək üçün sizə yeməkdən sonra edilməməsi lazım olan 7 səhvdən yazırıq.
 
Duş almaq
 
Bəli, düz oxudunuz! Yeməkdən sonra alınan duş qanın axınını əl və ayaqlara çəkir ki, bu da, həzm sistemi üçün çox zərərlidir.
 
Kəməri sıxmaq
 
Yeməkdən sonra geyiminizin kəmərini sıxmaq bağırsaqların tıxanmasına səbəb ola bilər.
 
Siqaret çəkmək
 
Mütəxəssislərin araşdırmalarına görə, yeməkdən sonra çəkilən bir ədəd siqaret on ədəd siqaret çəkməyə bərabərdir. Bu hal isə xərçəng üçün qaçınılmaz riskdir.
 
Qaçmaq
 
Yeməkdən sonra çoxumuz qaçırıq ki, yediyimiz yeməklər tez həzm olsun, kalori yandıraq. Amma bu tamamilə səhv addımdır. Çünki yeməkdən sonra qaçmaq qəbul edilən qidalardakı faydalı maddələrin həzm olmamasına səbəb olur. Bu da, o deməkdir ki, yeyilən yeməyin heç bir mənası yoxdur. Yeməkdən bir saat sonra qaçmaq isə daha faydalıdır.
 
Çay içmək
 
Çay bizim mədəniyyətimizin xüsusi hissəsini təşkil edir. Əsasən də, yeməkdən sonra çay içmək rutin halını alıb. Amma bu, sağlamlıq baxımından heç də faydalı deyil. Belə ki, yeməkdən sonra içilən çay yeməklə birlikdə alınan D vitamininin bədən tərəfindən istifadəsinə mane olur.
 
Yatmaq
 
Yeməkdən sonra tez bir müddətdə yatmaq həzm sisteminin yetəri qədər çalışmamasına, bağırsaqda iltihablanmaya və mədədə problemlərə gətirib çıxardır. Eyni zamanda da, yeməkdən sonra yatmaq çəki almağa da səbəb olur.
 
Meyvə yemək
 
Yeməkdən sonra meyvə yemək mədəyə hava dolmasına səbəb olur. Meyvəni yeməkdən 1-2 saat əvvəl və yaxud da, sonra yemək daha məqsədəuyğudur. (foodinfo.az)
 

Google+ WhatsApp ok.ru