Yeni deputat parlamentə “Lamborghini” ilə gəldi

Yeni deputat parlamentə “Lamborghini” ilə gəldi

-- Türkiyədə

24 iyunda keçirilən seçkilərdə iqtidardakı Ədalət və İnkişaf Partiyasından (AKP) Sakarya üzrə millət vəkili seçilən məşhur motosiklet yarışları idmançısı Kənan Sofuoğlu diqqətləri özünə cəlb edib.
 
Maide.Az “ensonhaber.com”a istinadən xəbər verir ki, 34 yaşlı yeni deputat parlament binasına “Lamborghini Aventador S” avtomobili ilə gəlib və millət vəkili qeydiyyatını edib.
 
K.Sofuoğlu deputatlıq fəaliyyətində əsas hədəfinin idmanda iz qoymaq olduğunu, gənclər və idmançılara daha çox diqqət ayıracağını söyləyib:
 
“Siyasətdə karyera qurmaq üçün deyil, idmana faydalı olmaq üçün buradayam. İdman siyasət deyil. İdmanda ikdarəetmədə dəyişikliklər etmək üçün əlimdən gələni edəcəyəm”.
 
Qeyd edək ki, Sofuğlu daha öncəki açıqlamasında “Mühərrikin səsindən mənim parlamentə gəldiyimi biləcəklər” açıqlaması ilə gündəmə gəlmişdi.
 

Google+ WhatsApp ok.ru