Yeni doğulmuş körpəyə şəhid Razan əl-Nəccarın adı qoyulub - FOTO

Yeni doğulmuş körpəyə şəhid Razan əl-Nəccarın adı qoyulub - FOTO

-- Xan Yunisdə

Qəzzanın cənubu Xan Yunisdə yaşayan ailə yeni doğulmuş övladına işğalçı İsrial rejimi qüvvələri tərəfindən güllələnərək şəhid edilən  "mərhəmət mələyi" kimi məşhurlaşan  könüllü tibb bacısı şəhid Razan əl-Nəccarın adını qoyub. 
 
Maide.Az  xarici KİV-lərə istinadən xəbər verir ki,  Xan Yunis bölgəsində yaşayan Əbu Rizvan ailəsi şəhid Razan əl-Nəccara öz minnətdarlıqlarını bildirmək məqsədilə bu addımı atıb. 
 
Əbu Rizvan ailəsi  qızları üçün  Razan əl-Nəccar adını qeydiyyata aldırıb. 
 
Fələstinli tibb bacısı Razan al-Nəccar Qəzzanın cənub hissəsindəki Xan Yunis şəhərindəki etiraz aksiyaları zamanı işğalçı İsrail rejim əsgərlərinin açdığı güllə ilə şəhid edilib. 21 yaşlı könüllü tibb işçisi döş qəfəsindən aldığı güllə yarasından dünyasını dəyişib.
 
 
 

Google+ WhatsApp ok.ru