Yeni ildə 5 gün iş olmayacaq

Yeni ildə 5 gün iş olmayacaq

-- Yanvarın 4-ü yeni iş həftəsinin ilk iş günüdür

Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq.
 
Maide.Az bildirir ki, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı əlaqədar iş olmayacaq.
 
Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.
 
Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-da, 31-də, yanvarın 1-də, 2-də və 3-də iş olmayacaq.
 
Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür. 
 

Google+ WhatsApp ok.ru