Yeni texnologiyalar hasilatı artırır

Yeni texnologiyalar hasilatı artırır

“Xalq Qəzeti” son illərdə neft-qaz yataqlarının işlənilməsində və istismarında, karbohidrogen ehtiyatlarının hasilatında yeni texnologiyalardan istifadədən yazır.
 
Qəzet qeyd edir ki, bu sahədə atılan addımlar ciddi uğurlara gətirib çıxarıb. Məqaləyə görə, SOCAR-ın “Azneft” İstehsalat Birliyi yeni nəsil ''PADUS-2'' parafinkəsici qurğulardan istifadə edir. Həmin avadanlıqlar “Neft Daşları” və N.Nərimanov adına neftqazçıxarma idarələri üzrə ümumilikdə 73 quyuda tətbiq olunub. Bunun 23 min 122 ton əlavə hasilata imkan yaratdığı bildirilir.
 
Quyuların əsaslı və cari təmirində istifadə olunan tutucu, kəsici və köməkçi alətlər dörd quyuda tətbiq olunub ki, bu da 5443 ton əlavə neft əldə edilməsi ilə nəticələnib.
 
Məqalədə yeni texnologiyalardan “Boru ştanqlı quyu nasos qurğusu”ndan, şüşə-plastik nasos-kompressor borularından istifadə edildiyi də qeyd olunur.
 
Bütövlükdə 2016-cı il ərzində “Azneft” İstehsalat Birliyi üzrə səmərəliliyin artırılması məqsədilə 226 obyektdə 24 adda yeni texnika və texnologiyanın tətbiqi nəticəsində 31,6 min ton əlavə neft əldə edilib ki, bu da əvvəlki illə müqayisədə 2,1 min ton çoxdur. /

Google+ WhatsApp ok.ru