Yeni Zellandiya müsəlmanları qədimi bir kilsəni alaraq onu məscid edib

Yeni Zellandiya müsəlmanları qədimi bir kilsəni alaraq onu məscid edib

Yeni Zellandiyanın Aşberton şəhərində yaşayan müsəlmanlar qədimi bir kilsəni alaraq onu məscid edib. 
 
Maide.Az xəbər verir ki, Aşberton şəhərini İslami İcmasının üzvləri camaat namazları qılmaq və dini ayinlərin yerinə yetirilməsi məqsədi ilə qədimi kilsəni alaraq məscid edib.  
 
Beləliklə bu şəhərdə hazırda 4 məscid fəaliyyət göstərir. Bu bölgədə yaşayan müsəlmanların əksəriyyəti Hindistan, Pakistan və Banqladeşdən olan müsəlmanlardır.
 
Həmçinin Əlcəzair, Misir, İordaniya və Fələstindən də müsəlmanlar bu şəhərdə yaşayır. 
 
Kilsənin alınması üçün Aşberton şəhərində yaşayan müsəlmanlar vəsait toplayıb və Ramazan ayında kilsəni alaraq məscid edib.
 
Məscid təqribən 400 min dollara alınıb. Müsəlmanlar artıq bu vəsaitin yarısını ödəyib və yaxın aylar ərzdində qalan hissəsini də ödəniş edəcək. /

Google+ WhatsApp ok.ru