Yeni ətraf mühit problemi - əlcək və maskalar

Yeni ətraf mühit problemi - əlcək və maskalar

Antalyada məhdudiyyətlər aradan qaldırıldığı üçün dənizə baş vuran dalğıclar ətraf mühit çirkliliyinin yeni səbəbini müəyyən ediblər.
 
Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, dalğıclar su altından plastik şüşə, məişət tullantıları ilə yanaşı, əlcək və tibbi maskaları çıxarıblar.
 
Türkiyə Sualtı İdman Federasiyası təmsilçisi İsa Alamder bildirib ki, küçəyə atılan və yağış sularının dənizə sürüklədiyi maska və əlcəklər təbiətdə asan yox olmur.
 
Dalğıclar 20 metr dərinlikdə 1000 kvadratmetr ərazidə təmizlik işləri aparıblar.
 
"Plastik əlcəklər təbiətdə minlərlə il qala bilər. Bu isə ətraf mühit üçün təhlükəlidir", - deyən İsa Alamder insanları bu mövzuda daha diqqətli olmağa çağırıb.

Google+ WhatsApp ok.ru