Yeni binaların idarə edilməsindəki problemlər -VİDEO

Sakinlər bir çox halda yeni çoxmənzilli binaların idarə edilməsindən narazılıqlarını ifadə edirlər. Çünki əsasən MTK-lar tərəfindən həyata keçirilən bu xidmət zamanı sakinlərin iştirakı demək olar nəzərə alınmır. Halbuki, bu cür narazılıqlarla qarşılaşmamaq üçün sakinlərin idarəetmədə birbaşa iştirakı vacib sayılır.
 
İqtisadiyyat Nazirliyinin  mənzil kommunal siyasəti şöbəsinin müdiri Nızamı Qasımov qeyd edir ki, vətəndaşların mənzili alandan sonra bu işlərlə çox da maraqlanmaması  MTK-lara idarəetmə üçün fürsət yaradır..Nəticədə ya sakindən əlavə haqq tələb olunur, ya da özbaşına qərar qəbul edilir. Əslində isə belə binaların idarə edilməsi qanunvericilikdə birmənalı göstərilib. 
 
Ancaq bundan sonra sakinlər yığışıb ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yəni öz idarəetmələrini qurmalı və ya başqa bir idarəçini dəvət etməlidirlər. 
 
Əgər  MTK-lar  bu işi  vətəndaşlara  təhvil vermək istəməsə , o zaman sakinlər  məhkəməyə müraciət etməlidir. (xezerxeber)
 

Google+ WhatsApp ok.ru