Yeni Günəşlidən keçən tektonik qırılma xətti genişlənib

Yeni Günəşlidən keçən tektonik qırılma xətti genişlənib

-- Hazırda tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə olunur

“Yeni Günəşli qəsəbəsində, Günəşli yaylası “Döngə 1” və “Döngə 2” ünvanlarını kəsib keçən tektonik qırılma xəttinin yer qatında olan çatların genişlənməsi müşahidə edilir”.
 
Maide.Az bildirir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
 
Dəstə rəisinin sözlərinə görə, buna səbəb texnogen və təbii amillər olub: “Yeni Günəşlidə qəsəbəsində, Günəşli yaylası “Döngə 1” və “Döngə 2” ünvanlarından tektonik qırılma xətti keçir. Tektonik qırılma xətti Zığ qəsəbəsinin üst hissəsindən Qum adası istiqamətində uzanır. Hazırda tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə olunur. Bu isə yol infrastrukturuna, ətrafdakı tikililərə mənfi təsir göstərir”.
 
R. Həsənov qeyd edib ki, yağışların təsirindən prosesin dinamikasında aktivlik proqnozlaşdırılır.
 

Google+ WhatsApp ok.ru