Yeni il bayramı ilə əlaqədər əfvin olacağı gözlənilir

Yeni il bayramı ilə əlaqədər əfvin olacağı gözlənilir

Hüquq müdafiəçiləri hesab edirlər ki, yeni il bayramı ilə əlaqədər əfvin olması istisna deyil.
 
Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində əfvin olacağı gözlənilir.
 
Maide.Az bildirir ki, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev AzVision.az-a açıqlamasında bildirib ki, hazırda katiblik tərəfindən müraciətlərlə bağlı müvafiq prosedur qaydaları həyata keçirilir.
 
“Əfv Komissiyasının katibliyi daimi işləyir, müraciətləri qəbul edir, müraciətlərlə bağlı müvafiq prosedur qaydaları həyata keçirir. Əfv Komisisyasının iclasının nə vaxt olacağı ilə bağlı məlumatlı deyiləm. Katiblikdə məlumatlar tam hazır olandan sonra Komissiyanın sədri tərəfindən iclaslar təyin olunur. Bu, cənab sədrin səlahiyyətinə aid olan məsələdir. Hazırki şəraitdə iclasla bağlı məlumat almamışıq”, - deyə Ə.Nuriyev vurğualyıb.
 
Əfv Komissiyasının digər üzvü Rəşad Məcid də bildirib ki, yaxın günlərdə iclasların keçirilməsi gündəmdə deyil. Əfvin olub-olmayacağı ilə bağlı R.Məcid bunun ölkə başçısının səlahiyyətində olduğunu deyib.
Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində əfvin olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru