Yeni ildən bütün avtobuslar kart sisteminə keçəcək

Yeni ildən bütün avtobuslar kart sisteminə keçəcək

Qala, Pirallahı, Mərdəkan, Bilgəh, Buzovna, Maştağa qəsəbələri istiqamətində yeni avtobusların istifadəyə verilməsi nəzərdə tutulur. 
 
Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ötən gün açılışı baş tutmuş Koroğlu Mübadilə Mərkəzində keçirilən mediatur zamanı deyib. Bildirib ki, yeni avtobuslar daha çox sərnişinlərin narazı olduğu marşrut xətlərinə verilib:
 
“Avtobus parkının yenilənməsi ilə bağlı onu deyə bilərəm ki, bu il 300 yeni avtobus gətirilib və ilin sonuna kimi bütün avtobuslar sərnişinlərin istifadəsində olacaq. Hazırda daşıyıcılar da yeni avtobusların gətirilməsində maraqlıdır. Yeni ildən bütün avtobusların kart sisteminə keçirilməsi nəzərdə tutulub. Bu, bir-iki xətt istisna olmaqla həyata keçiriləcək”.
 

Google+ WhatsApp ok.ru