Yeni ilin yeni artan qiymətləri

Yeni ilin yeni artan qiymətləri

«Yeni Müsavat» qəzetində «Yeni ilin ilk yarım ayında ərzaq 10-30 faiz bahalaşıb» sərlövhəli məqalə oxumaq olar. Bu yazıda ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verilib.
 
Ekspert Q.İbadoğlu da bahalaşmanı dinamik proses sayaraq, bunun bütün sahələri əhatə etdiyini vurğulayıb: «Ötən ildən başlayan bahalaşma yanvar ayının ilk 15 günündə də özünü göstərdi. Ərzaq məhsullarının bahalaşması həm də monopolist şirkətlərin qərarları ilə baş verdi».
 
Q.İbadoğludeyib ki, Azərbaycanda istehlak mallarının istehsalı və satışı ilə məşğul olan əsas şirkətlər yanvar ayında qiymətləri 10-30 faizədək qaldırıblar.
 
Ekspert hesab edir ki, bank və vergi sistemi ilə bağlı qanunvericilikdə edilən bir çox dəyişikliklər də qiymətlərin artmasına zəmin yaradacaq: «Diqqət yetirsəniz görərsiniz ki, ötən il daha çox qeyri-ərzaq məhsulları bahalaşdı. Bu il ərzaq məhsullarındakı bahalaşma digər mal və xidmətləri üstələyəcək».
 
Q.İbadoğlu deyib ki, banklarda marjanın ləğv edilməsi valyuta alış-satışında fərqin 10 qəpiyə qədər yüksəlməsinə səbəb olub. Manatın bundan sonra da dəyərdən düşəcəyini təxmin edən ekspert «tam üzən məzənnə» sisteminə keçid siyasətinin baş tutmayacağını düşünür: «Manatın ucuzlaşması davam edəcək. Mərkəzi Bank indi də manatı «tamüzən məzənnə» rejiminə keçirməyə hazır deyil».
 

Google+ WhatsApp ok.ru