Yeni intifadə başlayandan 27 fələstinli şəhid edilib

 Daha iki fələstinlinin şəhid olması ilə, Sionist rejim tərəfindən işğal olunmuş ərazilərdə son iki həftə ərzində şəhid olanların sayı 27 nəfərə çatıb və onlardan yeddisi uşaqdır.
 Maide.az xəbər verir ki, bu toqquşmalarda 1400-dən artıq fələstinli isə sionist rejimi hərbiçiləri tərəfindən açılan atəş nəticəsində yaralanıb.
İsrail KİV-lərinin məlumatına əsasən, 48-ci bölgələrdə, Rənana rayonunda bu rejimin iki mühacir yəhudisi soyuq silahla hücuma məruz qalaraq yaralanıb. Bunlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxs də yaralanıb.
Fələstin Jurnalistlər İttifaqının sədr müavini Naser Əbubəkr bildirib ki, Sionist rejimi yeni intifada dönəmi başlayandan bəri 70- dən artıq jurnalisti hədəfə alaraq onlara xəsarət yetirib.
Fələstin Azadlıq Ordusunun Baş Qərargah rəisi General Mohəmməd Tareq-əl- Xəzra Dəməşqdə bildirib ki, bu gün İşğal olunmuş Fələstində baş verənlər həqiqi genişmiqyaslı və təbii intifazadır.
“Fələstinlilərin yeni intifadası xeyirli-bərəkətli olmasına və Fələstində mövcud vəziyyətin dəyişməsinə gətirib çıxartmasına ümid edirəm.” Bunu Fələstinli siyasi ekspert Səmih Şəbib deyib. 
Sionist rejimi Qərb sahilində və işğal olunmuş Beytül-Müqəddəsdə fövqəladə vəziyyət elan edib.
Sionist rejimin baş naziri həmçinin fələstinli etirazçıların dağıdılması üçün ehtiyat qüvvələrin cəlb edilməsi əmrini verib.
 Qərb sahilinin müxtəlif bölgələrində yerləşən fələstinlilərin mənzillərinə və Məscid-ul- Əqsaya sionist mühacirlərin hücumları davam etməkdədir. Fələstinli qruplar bugünkü günü Qəzəb günü adlandırıblar və genişmiqyaslı etirazlar keçirmək niyyətindədirlər. /
 

Google+ WhatsApp ok.ru