Yeni mikroçip ən miniatür qurğularda danışığın tanınması funksiyasından istifadəyə imkan verəcək

Yeni mikroçip ən miniatür qurğularda danışığın tanınması funksiyasından istifadəyə imkan verəcək

Bu gün mobil telefonlarda danışığın tanınması funksiyasına malik səs assistentindən istifadə adi haldır. Ancaq çox az adam bilir ki, bu funksiya istifadə zamanı 1 Vatt enerji istifadə etməklə yanaşı, qurğunun prosessorunu kifayət qədər çox gücə salır. Belə yüksək enerji sərfiyyatı sözügedən funksiyanın kiçikölçülü qurğularda tətbiqinə imkan vermir, amma Massaçusets Texnologiya İnstitutunun alim və mühəndisləri tərəfindən hazırlanmış yeni çip sayəsində bu vəziyyət dəyişə bilər. Alimlərin yeni həlli danışığın sürətindən asılı olaraq 0.2-10 millivatt enerji sərf edir ki, bu da indiki göstəricidən 100 dəfə daha azdır.
 
Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, yeni tip çip səsli idarəetmədən istifadə zamanı akkumulyatorun şarjının 90%-dək qənaət etməsinə imkan verəcək.
 
Bu, "ağıllı" saat və başqa daşınan elektronikadan istifadə zamanı mükəmməl həldir. /
 

Google+ WhatsApp ok.ru