Yeni nəsil şəxsiyyət vəsiqələri gələn ilin əvvəlində veriləcək 14 Mart 2017 02:00 Ölkə Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması istiqamətində aparılan işlərin bu il yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əhmədov bildirib. O qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub. Həmin sənədin vəsiqəsinin çipinə elektron imza sertifikatları tətbiq ediləcək. (apa) / Teqlər : #Yeni nəsil şəxsiyyət vəsiqələri gələn ilin əvvəlində veriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kəndlinin qayğıları... Sabaha olan hava proqnozu açqlanıb