Yeni prezident Yəmən böhranının yeganə həll yoludur

Maide.az-ın məlumatına görə, Yəmən Ənsarullahı Xalq Hərəkatının Siyasi Şurasının üzvü Məhəmməd əl-Büxəyti əl-Məyadin telekanalı müxbiri ilə müsahibədə bildirib ki, Yəmən böhranı bu ölkədə yeni prezidentin seçilməsi ilə həll ediləməlidir: "Çünki hazırkı bütün problemlər Yəməndə siyasi boşluqla əlaqədardır. Buna görə, bütün yəmənli siyasi qruplar prezidentin təyin olunması barədə müzakirə ilə razılığa gəlməlidirlər." 
 
Məhəmməd əl-Büxəyti BMT Təhlükəsizlik Şurasının Yəmən Ənsarullahı Xalq Hərəkatına qarşı qətnaməsinə də reaksiya verərək bildirib ki, bu qətnamə təcavüzkar ölkələr və onların daxili himayəçilərinin zərərinədir: "Onların hamısı Yəmən xalqı yanında xain tanınır və onlara qarşı xalq müxalifəti də artır." 
 
BMT Təhlükəsizlik Şurası ötən çərşənbə axşamı günü keçirdiyi iclasında Fars Körfəzi Əməkdaşlıq Şurasının Yəmən Ənsarullahı Xalq Hərəkatına qarşı layihəsi ilə razılaşıb. 
 
Fars Körfəzi Əməkdaşlıq Şurasının layihəsi Yəmən Ənsarullahı Xalq Hərəkatına qarşı silah embarqoları, bu hərəkatın rəhbəri Əlbdülməlik əl-Husi və eks-prezident Əli Abdulla Salehin övladına qarşı sanksiyaların tətbiq olunmasına şamil olur. 
 
Amma BMT Təhlükəsizlik Şurasının qətnaməsində Ərəbistan və müttəfiqlərinin Yəmən ərazisinə hərbi təcavüzü, minlərlə yəmənli, o cümlədən uşaq və qadınların həlak olması və yaralanmasına işarə olunmayıb.

 

Google+ WhatsApp ok.ru