Yeni proqram təminatı insanın hər addımına görə pul ödəyir

Yeni proqram təminatı sayılan “Bate Walking” idman etmək və ya ən azı daha çox gəzmək müqabilində sizə pul ödəyir.
Maide.az xəbər verir ki, bu proqram təminatı vasitəsilə, siz gəzərək asanlıqla gəlir əldə edə bilərsiniz.
“Bate Walking” internet saytı yazır: “Biz inanırıq ki hamı pul qazanmaq azadlığına və gücünə malik olmalıdır. Bir addımın dəyəri hamı üçün eynidir. Sizin kim və harada olmanızın fərqi yoxdur. Əhəmiyyətli olan odur ki, nə qədər yol gedirsiniz”.
Bu proqram təminatı inkişaf etməkdə olan ölkələrdə effektli bir üsul kimi təqdim edilir. Həmin ölkələrdə piyada gəzmək hələ də ən əsas nəqliyyat üsulu sayılır.
Hələlik bu proqram təminatı üçün rəsmi məzənnə müəyyən edilməyib, amma bu məsələ “Bate Walking” qrupunun gündəliyindədir.
Bu proqramda, hər 10 min addım 1 dollar hesab olunur. İnsanlar bu pulla internet dükanlarından alış-veriş edə və ya nəğd yolla pulunu əldə edə bilərlər.
Qrup hesab edir: “Bir çox insanlar pul qazana və ya ondan faydalana bilmirlər və inkişaf etməkdə olan ölkələrdə çoxsayda insan isə hələlik bankda depozit hesabları yoxdur. Biz hamını təşviq edirik ki, növbəti addımı atsınlar”.
Bu proqram təminatının yaradıcılarından biri olan Frenki Embsi deyib: “Hər bir şəxsin kim olmasından və harada yaşamasından asılı olmayaraq, bu pulu qazana bilər... Bu bir çox insanlar üçün səmərəli ola bilər, və gəlir əldə etməklə, onların həyatını dəyişə bilər. Həmçinin, bu proqram bizi planetimizin və sağlam həyatın qorunmasına təşviq edir”./

Google+ WhatsApp ok.ru