Yeni səfir:  Prezident Ruhaninin hökuməti qonşu ölkələrlə ticarət əlaqələrini inkişaf etdirməkdə əzmkarlıq göstərir

Yeni səfir: Prezident Ruhaninin hökuməti qonşu ölkələrlə ticarət əlaqələrini inkişaf etdirməkdə əzmkarlıq göstərir

Baxmayaraq ki, qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman diqqət mərkəzində olub lakin prezident Ruhaninin hökuməti bu sahədə daha çox çalışıb, ona görə ki, hökumət qonşu ölkələrlə iqtisadi və ticari əlaqələrini inkişaf etdirməkdə əzmkardır.
 
Maide.Az İranın İRNA agentliyinə istinadən xəbər verir ki, bu sözləri bu ölkənin Azərbaycana təyin olunmuş yeni səfiri Cavad Cahangirzadə  Ərdəbil əyalətində Azərbaycan və İran tacirlərin müştərək şura üzvləri ilə görüşündə deyib. 
 
C.Cahangirzadə  deyib ki,  hökumət buna görə qonşu ölkələrə iqitsadi baxışları olan səfirlər təyin edib. “Əlbətdə təhlükəsizlik və iqtisadiyyat hər ikisi önəmlidir və bir-birinin yanında olarlarsa önəmli olurlar. Təhlükəsizlik təmin edilməzsə iqtisadi inkişafın və investisiya yatırmaq üçün imkan yaranmaz”. 
 
C.Cahangirzadə  mövcud durumu öyrənmək üçün  Azərbaycana getməmişdən öncə sərhəd əyalət rəsmiləri ilə görüş keçirdiyini və vəziyyəti öyrənməyə çalışdığını deyib. “Səfir olduğum müddətdə Ali Rəhbərin iqtisadi inkişaf və elmi inkişaf sahəsindəki baxışlarını tətbiqinə çalışacam.  Son üç ildə Azərbaycan və İran rəsmiləri, iqtisadi və ticari nümayəndələri davamlı görüşlər keçirib. Özəl sektor iqtisadi məsələlərdə daha aktiv olmalıdır. İranın Azərbaycandakı səfirliyi bu sahədə hər növ əməkdaşlıq etməyə hazırdır.”
 
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Möhsin Pakayinin xidmət müddəti bitdiyi üçün bu ölkə Azərbaycana yeni səfir təyin edib. C.Cahangirzadənin yaxın vaxtlarda Bakıda fəaliyyətə başlayacağı gözlənilir. 
 
 

Google+ WhatsApp ok.ru