Yeni təklif: İŞİD-lə mübarizə üçün pul fondu qurulmalıdır

İraq İslam Ali Şurasının rəhbəri Əmmar əl-Həkim İŞİD terrorçu qruplaşması ilə mübarizə üçün pul fondunun təşkil edilməsinin vacib olduğunu söyləyib.
Maide.az xəbər verir ki, əl-Həkim Rusiyanın Suriyada İŞİD-ə qarı keçirdiyi əməliyyatın bölgənin təhlükəsizlik və stabilliyinə şərait yaradacağına ümidvar olduğunu deyib.
Şura rəhbəri İraq dövlətinin icazə verəcəyi təqdirdə Rusiyanın İŞİD-ə qarşı əməliyyatlarının İraq ərazisinə çəkilə biləcəyini söyləyib.
Əmmar əl-Həkim İraq və Suriyada baş verən terrorun yalnız bu iki ölkəyə aid olmadığını, qarşısı alınmadığı təqdirdə digər ölkələrə də yayılacağını vurğulayıb.
O sözlərinə əlavə edib ki, İŞİD-lə mübarizənin xərclərinin qarşılanması üçün bir beynəlxalq pul fondu qurulmalıdır. /

Google+ WhatsApp ok.ru