Yeni təhsil naziri təyin edildi

Yeni təhsil naziri təyin edildi

Emin Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
 
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 
 
1982-ci il təvəllüdlü Emin Əmrullayev buna qədər Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri olub. 2016-cı ildən Təhsil İnstitutunun direktor əvəzi vəzifələrində çalışıb.
 
O, ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.
 
Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı sərəncamla Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad edilərək, Xarici işlər naziri təyin edilib.
 
 

Google+ WhatsApp ok.ru