Yeniyetmənin qarnından 4 kq-lıq şiş çıxarılıb

Rus KİV-lərin məlumatına görə, M.F.Vladimirski adına Moskva elmi-tədqiqat institutunun onkocərrahları unikal əməliyyat keçiriblər.
Onlar 16-yaşlı xəstənin qarnından bir çox həyati vacib orqanlara bitişmiş 4 kq-lıq şiş xaric ediblər. Şiş qaraciyərə, mədəaltı vəziyə, mədəyə, böyrəklərin birinə, 12 barmaq bağırsağına, aşağı boş venaya bitişib. Əməliyyat 6 saat davam edib. Hal hazırda xəstə bərpa olunur. saglamolun/

Google+ WhatsApp ok.ru