Yeni yol nişanlarının quraşdırılması təklif edilir - FOTO 01 Noyabr 2016 02:00 Ölkə Yol nişanları da daim təkmilləşdirilməlidir. Bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib. Ekspert yollarda yerli coğrafiyanı və canlıları nəzərə almaqla Azərbaycan üçün yeni yol nişanlarının quraşdırılmasını təklif edib: "Şəkildəki xəbərdarlıq nişanı yolda suda-quruda yaşayanların kütləvi ola biləcəyi barədə xəbərdarlıq edir. Bu nişan İsveçrədə, Belarusda və bəzi başqa ölkələrdə var. Əsasən müvəqqəti - həmin canlıların kütləvi miqrasiyası vaxtı tətbiq edilir. Onun tətbiqindən əsas məqsəd qurbağaları xilas etmək (belə məqsəd də var) yox, sürücüləri mümkün qəzalardan qorumaqdır, çünki çoxlu sayda qurbağanın üstünə çıxan avtomobil, banan və ya qarpız qabıqlarının üstünə çıxan adam kimi ola bilər". (Milli.az) / Teqlər : #Yeni yol nişanlarının quraşdırılması təklif edilir FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yağıntılı hava şəraiti davam edəcək Jurnalisti məhkəməyə verən icra başçısı media nümayəndələri tərəfindən qınanıldı