Yeni Zelandiya 6,2 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiya 6,2 bal gücündə zəlzələ baş verib

Çərşənbə axşamı Yeni Zelandiya ərazisində 6,2 maqnituda gücündə zəlzələ baş verib.
 
Maide.Az “AA” -a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Uonqanui şəhərindən 98 km cənubda qeydə alınıb. Zəlzələnin ocağı 227 km dərinlikdə olub.
 
Dağıntı və tələfat barədə məlumat yoxdur.
 
Bundan əvvəl Rumıniyada 5,6 maqnituda gücündə zəlzələ baş verib.
 

Google+ WhatsApp ok.ru