Yeni Zelandiyada güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilib

Yeni Zelandiyada güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilib

Yeni Zelandiyanın Mülki Müdafiə Xidməti ölkənin Şimal adası sahillərində 7,1 bal gücündə zəlzələ baş verdikdən sonra sunami təhlükəsinin olduğu barədə xəbərdarlıq yayıb.

 "İnterfax"a istinadən verilən xəbərə görə, yeraltı təkanlar Şimal adasının bir çox şəhər və yaşayış məntəqələrində, həmçinin Cənub adasının bəzi rayonlarında hiss olunub.

Eyni zamanda Cənub adasında sunami təhlükəsi gözlənilmir.

Yeraltı təkanların episentri Şimal adasının Qisborn şəhərinin təqribən 170 km. şimal-şərqində 30 km. dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. (report) /

Google+ WhatsApp ok.ru