Yeni Zelandiyada kompüter oyunu qadağan edilib

Yeni Zelandiyada kompüter oyunu qadağan edilib

Yeni Zelandiya hökuməti, Kraystçerç məscidində 50-dən çox insanın güllələnməsi ilə baş verən terror aktının motivləri əks edilən kompüter oyununu yasaqlayıb.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin film və bədii nəşrləri istehsalını təsnifatlaşdıran idarəsi məlumat verib. 
 
Adı çəkilən idarə bildirir ki. «Shitposter» oyunu, terrorist Brenton Tarrantanın  Kraystçerçdə martın 15 –də törətdiyi gülləbaran  “arzuedilməz kimi təsnifatlandırlır” .
 
“Oyunun yaradıcıları oyunçunu  terroristin yerinə qoymaqla  bu oyunu daha çox istehsal edib satmaq məqsədi güdüblər. ” İdarənin rəhbəri Devid Şenks vurğulaıyr ki, oyunun yaradıcıları ekstremist hücumların vüsət almasını, yayılmasını dəstəkləməkdə maraqlıdırlar”. 
 
Bu oyunla bərabər, terroristin özünün yaydığı, Almaniyanın Halle şəhərində iki nəfərin qətlə yetirilməsini əks etdirən  videomaterial da qadağan edilib. 
 
“Bütün bunlar sui qəsdi və terrorozmi təbliğ edir və heç bir pozitiv məqsəd daşımır. Onlar açıq aşkar buna yönəlib ki, digər insanları da günahsız adamlara qarşı istədikləri cinayət törətməyə alışdırsın və vadar etsinlər” –D.Şenks bildirib.

Google+ WhatsApp ok.ru