Yeni Zelandiyada məscidə silahlı hücum nəticəsində 30 nəfər  həyatını itirib - VIDEO

Yeni Zelandiyada məscidə silahlı hücum nəticəsində 30 nəfər həyatını itirib - VIDEO

Məscidlərə atəş açan 4 terrorçu saxlanılıb

Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlara atəş açmaqda şübhəli bilinən 4 terrorçu saxlanılıb.
 
Maide.Az xəbər verir ki, bunu polis komissarı Mayk Buş deyib.
 
Zelandiya polisi bildirib: "Silahlı hücumda digərlərinin də iştirak edib-etmədiyini hələ bilmirik, lakin onlardan heç biri azadlıqda qalmayacaq".
 
Qeyd edək ki, "Ən-Nur" və "Linvud" məscidlərinə hücum nəticəsində azı 30 nəfər ölüb,  xəstəxanalara təqribən 30 yaralı çatdırılıb.
 

Google+ WhatsApp ok.ru