Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB-2 (VİDEO)

Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB-2 (VİDEO)

Yeni Zelandiyada məscidlərdə törədilmiş terror nəticəsində ölənlərin sayı 49-a çatıb.
 
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə polis komissarı Mayk Buş mətbuat konfransında bildirib.
 
"Ölənlərin ümumi sayı 49-dur", - o deyib.
 
 
***
Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern iki məsciddə törədilmiş törror hadisəsi zamanı  40 nəfərin həyatını itirdiyini bildirib. 
 
Maide.Az “AA”-a istinadla xəbər verir ki, O bu hadisənin ölkənin “ən qara günlərindən birinə” çevrildiyini vurğulayıb. 
 
“Burada baş verənlər qeyri-adi, görünməmiş zorakılıq hadisəsidir”, – o, sözlərinə əlavə edib.
 
Onun sözlərinə görə, Linvuddakı (Kraystçörç ətrafında yerləşir - red.) məsciddə 10, şəhərin birbaşa özündə Din-avenyudakı məsciddə 30 nəfər ölüb, 20-dən çox adam ağır yaralanıb. 
 
Yaralananlar xəstəxanaya yerləşdiriliblər.
 
Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlara atəş açmaqda şübhəli bilinən 4 terrorçu saxlanılıb. Məscidə hücum zamanı onlarla insan yaralanıb. 
Zelandiya polisi bildirib: "Silahlı hücumda digərlərinin də iştirak edib-etmədiyini hələ bilmirik, lakin onlardan heç biri azadlıqda qalmayacaq".
 
 

Google+ WhatsApp ok.ru