`YENƏ HƏMİN XƏTDİR, HƏMİN KOORDİNAT`

Sərdar Hacıhəsənli

`YENƏ HƏMİN XƏTDİR, HƏMİN KOORDİNAT`


Gecə yarısıdır artıq xalqımızın qan yaddaşına yazılan 20 yanvarı geride qoyub 21 yanvara  daxil olmuşuq. İnternet səhifələrində yeni xəbərləri izləməkdəyəm. Aha, deyəsən tapdım budur FaktXəbər internet qəzetində siması mənə çox tanış olan bir insanın haqqında  belə yazılıb: “Bu gün saat 23:00-da Nəsimi rayon məhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçən prosesdə, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov barədə yenidən həbs qərarı verilib. Barəsində seçilən 13 sutkalıq həbs müddəti yeni bitməsinə baxmayarq, AİP sədri yenidən həbsə məhkum edilib. Mövsüm Səmədovun vəkili Anar Qasımovun saytımıza verdiyi məlumata görə, məhkəmə prosesi qapalı şəraitdə keçib. "Bir neçə dəqiqə əvvəl bitən məhkəmədə, Mövsüm Səmədov 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunaraq, barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçildi "-deyə vəkil Anar Qasımov deyib” sitatın sonu.
 
Diqqətlə məlumatı oxuduqdan sonra  donub qaldım, görəsən həqiqətən sadalanan bu maddələr bizim Mövsünəmi aiddir? Yazı bunu göstərir‼ İnana bilmirəm nədənsə ruhum, vicdanım və qəlbim buna inanmir. Bir anlıq dayanıb özümdən soruşuram – səni inanmamağa nə vadar edir? Bəlkə illərlə müqəddəs bir elm ocağında tələbə dostun olmuş təqva və paklığına şübhən belə olmayan  bir insanın haqqında bu sözlər səni qane etmir? Yoxsa Sovetlər dövründən yaddaşının bir küncündə özünə yer almış sifarişli həbslər? Bəlkə başlarında ateist fikirləri hakim olanların insanları şərləmək məqsədi ilə evlərinə, ciblərinə atılan cinayət tərkibli əşyalar? Yoxsa?  Yoxsa?  Onlarla yoxsalar arasında quruyub qaldım .
 
Öz xətrimə olmuş olsa belə bu yoxsalara cavab tapmaq istiyirəm. Bunu necə yozum, diktatorluğun üsullarından olan sifarişli həbslər sehrli xalata bükülərək demakratik əsrimizə gələ bildimi? Yaxud özünü Allaha imandan təcrid etmiş, əməllərini Allah müşahidəsindən kənarda görənlərə xass olan cəhət, yəni şərləmək bu gündə mövcuddurmu? Ateist anlamında bu çətin təsəvvür edilməsə də iman və vicdan çərçivəsində çox ağır bir məsələdir. Çünki şərəfli işləri görmək üçün iman və vicdanın varlığı tələb olunursa, belə işlərdə yoxluğu gərək olur. Əcəba, belə Allahsız və imansızlar ateizmdən bu günə qədər uzun ömürlümü oldular? Bəlkə onların “nə edirsən et, özünə rahat həyat qur” əqidəsi, ya “əmr müzakirə olunmur icra olunur fəlsəfəsi” Allah rəsulunun “qorxun o mühakimədən ki, hakim elə özü şahiddir” sifarişini üstələyib? Axı bunlar Sovet idiologiyası idi. Biz ki, bunu atdıq. İndi xalqımıza həqiqət əsasında ləyaqətlə xidmət etməyi qərara almışıq.? Yoxsa yox ? Fikirlərim elə dartışmanın bu yerinə çatmişdı ki, bir Azərbaycan filimindən ilham alaraq bunu düşündüm.
 
Əzizim başundan şübhələri at
Yenə həmin xətdir, həmin koordinat.

Google+ WhatsApp ok.ru