Yer kürəsi 5 dərəcəyədək isinə bilər

Yer kürəsi 5 dərəcəyədək isinə bilər

Qlobal istiliyin əsrin sonuna qədər ortalama 2°-dən də çox artması gözlənilir.
 
Maide.Az  Azərtac-a istinadla xəbər verir ki, ABŞ-ın iki qurumu bir-birindən xəbərsiz araşdırma həyata keçiriblər.
 
Vaşinqton Universitetinin alimləri 2100-cü ilədək Yer kürəsinin 2-4,9° dərəcə arasında isinəcəyi ehtimalının 95 faiz olduğunu bildiriblər. Elm adamları hərarətin 1,5° və ondan az artma ehtimalını isə 1 faiz olaraq dəyərləndiriblər. Tədqiqatçılar əsrin sonuna qədər planetimizin ən azı ortalama 3,2° isinəcəyini deyiblər.
 
Maks Plank Meteorologiya İnstitutunun alimləri isə bildiriblər ki, insanların yanacaqdan istifadəni dayandıracağı halda belə, Yer kürəsi 2100-cü ilə qədər təxminən 2° isinəcək. Elm adamları istixana effekti qazlarının 15 il daha istifadə olunacağı təqdirdə orta hərarətin 3°-dək yüksəlməsi ehtimalını da irəli sürüblər.
 

 

Google+ WhatsApp ok.ru