Yer: Qətər, Təhsil: MKİ, Keçid: Türkiyə

İngiltərənin "Reuters" xəbər agentliyinin yaydığı xəbərdə, Suriyalı terror təşkilatlarının ABŞ dəstəyi ilə Qətərdə təhsil aldığı bildirilir.
 
Maide.az xəbər verir ki, sözügedən məlumatda Qətərin paytaxtı Dohanın cənubunda yerləşən hərbi bazada Suriya hökumətinə müxalif olan terror təşkilatlarına təlim keçildiyi bildirilir.
 
Bundan başqa Səudiyyə Ərəbistanı ilə sərhəd olan Qətərin cənub bölgəsində ABŞ-ın Yaxın Şərqdəki ən böyük bazasının yerləşdiyi da vurğulanır.
 
"Reuters" xəbər saytında yer alan məlumata görə, bu hərbi təhsilin müharibə sahəsində mühüm təsiri var. MKİ mütəxəssisləri sözügedən təhsil alan terror təşkilatlarına nəzarət edir və təşkilat üzvləri Qətərə gəlmək üçün Türkiyədən yararlanırlar.

Google+ WhatsApp ok.ru